"Azərbaycanda çox yaxşı şəhərsalma mədəniyyəti formalaşıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Country Planning and Development Trust" adlı qeyri-kommersiya təşkilatının qəyyumu Menu Madhav Maroju deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) insanların şəhərsalma ekosistemlərində tətbiq etdiyi müxtəlif təcrübələrlə tanış olmaq üçün yaxşı bir platformadır:
"Burada ən yaxşı təcrübələri öyrənib, gələcək üçün nəzərdə tutulan yeni yanaşmaların necə inteqrasiya edilə biləcəyini görmək mümkündür".
O, Azərbaycanın şəhərsalma mədəniyyəti barədə öz təcrübələrini də bölüşüb:
"Məncə, ümumi mənzərə baxımından hər şey kifayət qədər səliqəli görünür. Planlaşdırma proseslərinin necə həyata keçirildiyini də görmək olur. Şəhərlərin fəaliyyətinə baxanda aydın şəkildə hiss edilir ki, Azərbaycanda ciddi şəhərsalma mədəniyyəti formalaşıb".