Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Aşağı Tala kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılıb Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 19:40-da başa çatıb.
Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.