Mərdəkan yolunda bir neçə uşaq daşla yük avtomobillərinin şüşələrini sındırıblar.
Bununla bağlı Oxu.Az-a həmin yük avtomobillərinin sürücüləri məlumat veriblər.
Onlar deyiblər ki, axşam saatlarında bir neçə uşaq yoldan keçən yük avtomobillərinə daş atır.
Bu cür hallarla tez-tez rastlaşdıqlarını deyən sürücülər onu da bildiriblər ki, həmin atılan daşlar idarə etdikləri nəqliyyat vasitələrinin şüşələrinə və güzgülərinə dəyib, sındırıb.
Bu hadisə səbəbindən həm ziyana düşdüklərini, həmçinin qəza şəraiti yarandığını qeyd ediblər.
Sürücülər məsələ ilə bağlı zəruri tədbirlərin görülməsini istəyirlər.
Yusuf Məmmədli