Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev prospekti Əsas yolda (şəhər istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Kənar yoldan istifadə etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az