Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Övladlığı tələbə adını qazanan kişi təhsil haqqını ödəmək üçün çalışarkən faciəli şəkildə öldü
Lerikdə baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.
Belə ki, Lerik rayon Kaqo kənd sakini 1973-cü il təvəllüdlü Səid Mikayılov (ad-soyad şərtidir) sübhdən odun yığmaq üçün meşəyə gedib.
Mərhumun qardaşının sözlərinə görə, o, topladığı qurumuş oduncağı sataraq tələbə adını qazanan övladlığının təhsil haqqını ödəyəcəkdi:
"Hadisə səhər saat 4-5 radələrində baş verib. Çürümüş ağac üzərinə aşıb. Evə gec gəldiyi üçün narahat olub, axtarmağa başladıq. Meşə ərazisində meyitini tapdıq. Sakit kişi idi, övladlığa uşaq götürüb saxlayırdı".
Ətraflı APA TV-nin süjetində:

Lerikdə bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerik rayon Kaqo kənd sakini 1973-cü il təvəllüdlü Səid Mikayılov (ad-soyad şərtidir) səhər sübhdən odun yığmaq üçün meşəyə gedib.
Odun yığarkən irigövdəli çürümüş ağac onun üstünə aşıb. S.Mikayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Lerik rayonu" teqi üzrə xəbərlər
- Biləsuvarda 87 yaşlı kişi evində 500 yaşlı kitabları qoruyur
- İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı
- Lerikin 67 və 68 yaşlı müəllimləri sertifikasiya imtahanında yüksək nəticə göstəriblər
- Smolenskdə həlak olan azərbaycanlı əsgərin şəxsiyyətini qaşıq əsasında müəyyən etdilər
- Lerikdə 35 yaşlı kişinin qətlə yetirilməsinin TƏFƏRRÜATI