“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev bir neçə ay əvvəl qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi məhkəmə binasının qarşısında döyməkdə ittiham edilir.
Oxu.Az xəbər verir ki, hadisə barədə ilk məlumatı müəllim Həbib Əlizadə özünün sosial şəbəkədəki səhifəsində paylaşıb.
Məlumata görə, hadisə Nizami Rayon Məhkəməsi qarşısında baş verib.
Məhkəmə prosesindən sonra bir araya gələn tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı R.Rzayev direktor Tural Mirzəliyevin üzərinə hücum çəkərək baş nahiyəsinə zərbələr vurub.
T.Mirzəliyevin yaxınlarının sayta verdiyi məlumata görə, o, 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da açıqlama verib. O bildirib ki, bu məsələ birbaşa nazirliyin diqqətindədir:
“Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib. Bizdə olan məlumata görə, hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Müəllimə Allahdan şəfa diləyirik”.
Xatırladaq ki, tərəflər arasında mübahisə bir neçə ay əvvəl 220 nömrəli məktəb-liseydə çalışan Zeynəb Rzayevanın (aktyor Rza Rzayevin bacısı - red.) vəzifə səlahiyyətlərinə dəyişiklik edilməsi ilə başlayıb. Bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev isə məsələni həll etmək üçün direktorla mübahisə edib.
Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış videokameraya düşüb. Görüntülər isə məhkəmə prosesində dəlil olaraq irəli sürülüb və tərəflər bir-birindən şikayətçi olub.
“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev bir neçə ay əvvəl qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi məhkəmə binasını...
Könül Cəfərli
www.oxu.az
Rəylər