Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət yetirir.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilib. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.
Mətbuat Şurası onu da bildirib ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaq. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib