Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Metro stansiyasının yaxınlığında piyadanı vurdular - FOTO
Gecə saatlarında paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb.
Təxminən 45-50 yaş arası kişi yolu keçmək istəyərkən Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində “Toyota Camry” markalı avtomobil onu vurub. Piyadanı vuran avtomobilin sürücüsü yaralını ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanaya çatdırıb.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəza yüksək sürət səbəbindən baş verib. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı