Oxu.Az-ın suallarını AzərTAc-ın siyasi icmalçısı Vüqar Seyidov cavablandırır.
- Mətbuat nümayəndələrinin iştirakı ilə keçən Soçi sammiti Azərbaycan prezidentinin BMT TX-nin münaqişənin həlli üçün hüquqi baza olan bəyannamələri kağız üzərində qalması barədə bəyanatı və S.Sarkisyanın bu bəyannamələrdə göstərilən öhdəliklərin Azərbaycan deyil, yalnız Ermənistan tərəfindən yerinə yetirilməsi haqqında atmacası ilə yadda qalıb. Bəyannamələrdə verilən qeyri-dəqiqliklərdən istifadə edərək, Azərbaycan torpaqlarının işğalı məsələsində məsafəli davranan Ermənistanın mövqeyi nə dərəcədə əsaslandırılıb?
- Ermənistanın mövqeyi bu deyil, ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun çeynənmiş tezisidir. O, bunu bir neçə dəfə səsləndirib, biz ona cavab vermişik, sonra isə Şavarş Koçaryan, Edvard Nalbandyan, indi isə gördüyünüz kimi prezident Sarkisyan da tutuquşu kimi onun sözlərini təkrar etməyə başlayıb. Artıq 20 ildir ki, atəşkəs rejimi davam edir, bu bəyannamədə göstərilən tələbdir. O dövrdən bəri hərbi hərəkat yoxdur. Ermənistana bəyannamədə göstərilən, Ağdam, Füzuli və digər rayonu tərk etmək ilə əlaqədar növbəti addımı atmağa nə mane olur? Heç nə mane olmur. Bəs onda niyə yerinə yetirmir? Hər şey göz qabağındadır, Ermənistanı bəyannamənin yalnız atəşin dayandırılması ilə bağlı hissəsi maraqlandırır, qoşunların çıxarılması barədə isə o heç düşünmür.
Sülh yolu ilə o heç vaxt rayonlardan qoşunlarını çıxarıb, Qarabağı Azərbaycana qaytarmayacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli haqqında ya qeyri-səmimi, ya da tam səmimi danışmaq olar. Birinci halda bunun mümkün olmadığını bilən yalançılar, ikinci halda isə axmaqlardır.
Amma üçüncü qrup da var, bu yüksək rütbəli məmurlardır, onlar bilirlər ki, sülh yolu ilə həll mümkün deyil, amma diplomatik ritorika labüddür, bu münaqişəni lazımi şəkildə həll etmək üçün qüvvə toplamağa vaxt qazanmaq üçün gərəkdir.
Ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli yoxdur, heç bir zaman da olmayıb. Azərbaycan da öz ərazi hissəsindən etiraz etməyəcəyi üçün müharibə olmalıdır.
- Sarkisyanın Azərbaycanın istənilən abad şəhərini Ağdamın indiki vəziyyətinə sala biləcəyi iqtidarına malik olması barədə bəyanatını necə qiymətləndirirsiniz?
- Məncə, o İrəvanın radioaktiv Herosima və ya Fukusimaya çevrilməməsinin qayğısına qalsa yaxşıdır. SMERÇ qurğuları 5 dəqiqə ərzində Artaşat, Ararat, İcevan, Noyemberyan, Xankəndidə və Qarabağda, kəndləri Ağdamın indiki vəziyyətinə sala bilər. Ümumiyyətlə, axmaq hədə-qorxuya şərh verməyi lazım bilmirəm. Sarkisyan bilir ki, cavab olacaq.
Bu yaxınlarda maraqlı bir səhnənin şahidi oldum. Nəhəng bir rotveyler kiçik pişik balasına yaxınlaşdı, sadəcə iyləmək üçün. Pişik isə qorxudan çırmaq atmağa, caynaqlarını onun gözünə batırmağa çalışırdı. Bax, Sarkisyanın hədə-qorxusu da həmin pişiyi xatırladır. Qorxunun gözündə hər şey nəhəngdir.
- Ermənistanın açıq şəkildə Azərbaycanın şəhər, su anbarları, kəmərlərini hədələdiyi halda, Azərbaycanın torpaqlarını məhz hərb gücü ilə qaytarması ehtimalı nə dərəcədə böyükdür?
- Vətənimizin işğal edilmiş torpaqlarının hərb gücünə qaytarılacağı ehtimalı 100 faizlikdir. Ermənistanın bərə, kəmərləri və s. məhv edəcəyinə dair hədə-qorxulara gəldikdə isə, Ermənistan özü də bilir ki, bu boş söhbətlərdir. Neft kəmərini və ya dambanı vurmaq üçün dəqiq hücum silahı olmalıdır, məsələn, Cruise-missile tipli, onlara qarşı isə Azərbaycanın С-300 qurğuları mövcuddur və onlar çoxdan həmin rayonlarda quraşdırılıb. Qeyri-dəqiq raketlərin arzuedilən nöqtəyə düşməsi üçün bir neçə dəfə atəş açmaq lazımdır ki, istənilən nəticəni əldə edəsən. Axı beton damba nə karton evdir, nə xruşov tipli Spitak beşmərtəbələri.
Bundan başqa, Azərbaycan da cavab üçün necə deyərlər, hazırlıqlıdır, bu hazırlıqlar isə Sarkisyanın oyuncaqlarından daha qorxulu insan tələfatına və dağıntılara gətirib çıxara bilər.
- Münaqişəyə Qarabağ məsələsindən çox narahat olduqlarını bildirən Qərb ictimaiyyəti barədə nə deyə bilərsiniz? Həqiqətənmi münaqişənin həllində fəal olmaq üçün yeni müharibə mütləqdir? Ermənistanın beynəlxalq rezonans doğuracaq yuxarıda qeyd edilən hərbi bəyanatları kifayət deyil?
- Hissə-hissə cavablandırım. İfadəmə görə üzr istəyirəm, amma Qarabağ münaqişəsi Qərbin heç vecinə də deyil. Əgər Qərbin Rusiya-Ukrayna münaqişəsinin həllinə dair prinsipial mövqeyi olsa da, Qarabağın hansı istiqamətdə həll olunmasına qarşı laqeyddir. Win-win həll olmayıb və heç bir zaman da olmayacaq. Həll yolu yalnız zero-sum game düsturu ilə ola bilər. Bunu yalnız axmaqlar bilmir. Qərb üçün əsas odur ki, müharibə olmasın, amma münaqişənin necə həll olunacağı onun üçün maraqlı deyil.
Bir tərəfdən bu yaxşıdır, bu zaman əl-qolumuz açıq olacaq.
Əgər yenidən müharibə başlayarsa, Qərb hər iki tərəfi hərbi hərəkatı dayandırmağa çağıracaq, amma bu müharibə Qərbi “oyatmayacaq”, onu münaqişənin həllində daha fəal olmağa sövq etməyəcək. Qərbə münaqişənin uzunmüddətli nizamlanması lazım deyil, ona bu münaqişənin istənilən nəticə ilə bitməsi lazımdır. Fərqi yoxdur hansı yolla. Ona görə də Qərbin müharibəni dayandırmaq çağırışına, Azərbaycan qoşunlarının dövlət sərhədlərinə çatmayana qədər sadəcə fikir verməmək lazımdır. Bu bizim qanuni haqqımızdır. Beynəlxalq hüquq başqa ölkənin ərazisini işğal etməyi qadağan edir, amma öz ərazisini azad etməyi qadağan etmir. Ona görə də Qarabağın işğal edilmiş ərazisində antiterror əməliyyatların dayandırılmasına yönlənən istənilən çağırışı qulaq ardına vurmaq olar.
F.H.
www.oxu.az