Bu gün səhər saatlarında Bakı metrosunun Dərnəgül-Həzi Aslanov istiqamətində qatarların hərəkətində gecikmələr olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, gecikməyə səbəb maşinistin qatarda yaranan texniki problemi həll etməsi olub:
“Səhər saatlarında qatarların birində texniki problem yaranıb. Bu səbəbdən maşinist problemi aradan qaldırmağa çalışarkən intervalda dörd dəqiqəyə qədər gecikmə olub.
Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar ki, ləngimə olmayıb”.
Könül Cəfərli
www.oxu.az