“Bakı Metropoliteni”ndə qatarların intervalında gecikmə olub.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, stansiyalarda sərnişin sıxlığı müşahidə edilir:
“Stansiyalarda həddən artıq sərnişin sıxlığı müşahidə olunduğu üçün qatarların intervalında gecikmə yaşanıb”.
Könül Cəfərli