Metronun “28 May” stansiyasında Rəsulzadənin hazırkı rəsmi yığışdırılacaq. Onun yerinə İstiqlal Bəyannaməsi və Məmməd Əmin Rəsulzadənin qarelyefi olacaq. Qarelyef büst kimi olur. Ancaq burda baş divara bitişik olur.
Oxu.Az Qaynar.info-ya istinadən xəbər verir ki, bunu Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulov deyib.
A.Rəsulov həmçinin bildirib ki, stansiyanın daxilində olan ADR dövrünə aid atributlar da yeniləri ilə əvəz olunacaq:
“Həmin yerlərdə bayrağımız, gerbimiz, ADR dövrünə aid bir sıra sənədlərin və atributların əksi yerləşdiriləcək. Şəxsən mən sizi əmin edirəm ki, hər şey əvvəlkindən daha gözəl olacaq”.
“28 May” stansiyasındakı sürüşkən mərmər döşəmələrlə bağlı vətəndaşların narazılığına gəlincə isə A. Rəsulov bildirib ki, bu məsələ ilə bağlı narazılıqlardan məlumatlıdır:
“Biz hazırda bu problem üzərində işləyirik. Çalışacağıq ki, sürüşmə həddi sıfıra endirilsin”.