Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçmiş rektoru Yusif Məmmədova yeni vəzifəyə təyin edilib.
Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bundan sonra Yusif Məmmədov təhsil nazirinin müşaviri kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yusif Məmmədov bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad olunub.