Sosial şəbəkələrdə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ABŞ-da Ağ Evin binası önündə Azərbaycan bayrağını tamamilə tərs tutduğunu əks etdirən foto yayılıb.
Oxu.Az Editor.az-a istinadən xəbər verir ki, fotodakı tarix məlum şəklin 2010-cü ildə çəkildiyini göstərir.
Foto sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. İstifadəçilər bu hərəkətinə görə millət vəkilini sərt tənqid ediblər.
