Bakıda tikintidə faciəvi hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsən Əliyev küçəsi-17 ünvanının (TQDK-nın) qarşısında elektrik yarımstansiyasının tikintisində işləyən 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Belə ki, orada usta işləyən Zaqatala rayon sakini, 1957-ci il təvəllüdlü Fətquliyev Süleyman Fətqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun döş qəfəsi nahiyəsinə sancılıb. S.Fətquliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.