Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Millət vəkili: Müzakirələr əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu
Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq.
Oxu.Az xəbər verir ki, bunu dövlət himni ilə bağlı qanun layihəsinin müzakirələrində deputat Tahir Kərimli deyib.
Deputat qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.
T.Kərimli söyləyib ki, Müsavat Partiyasının başqanı Arif Hacılı himnin sözlərinin dəyişməz olduğunu deyir:
“Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də onun ittihamlarını qəbul etmirəm”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
Rəylər