Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Millət vəkili: Qadınların pensiya yaşını niyə 65-ə qaldırdıq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təzə nazir gəlib, müəyyən işlər görülüb, amma bu azdır.
Oxu.Az-ın xəbərinə görə, bunu parlamentdə büdcə müzakirələrində millət vəkili Vahid Əhmədov deyib.
O qeyd edib ki, nazirlikdə ciddi islahatlara ehtiyac var:
“Biz 2018-ci ildə sığortaedənlərlə bağlı 30 və 60 faiz civarında güzəşt etmişdik. Sığortaedənlərin 371 milyon debitor borcu var idi. Bu müddət ərzində onun cəmi 65 milyonu ödənilib. Nazir yaxşı olardı ki, dövlət büdcəsindən transfert tələb etməkdənsə, debitor borcunun tam ödənilməsini həyata keçirəydi”.
V.Əhmədov pensiya yaşının qaldırılması məsələsinin nəticələrini tənqid edib:
“Biz pensiya yaşını çoxaltdıq. Qadınları da gətirib kişilərlə eyniləşdirdik. Amma bu, nəyə gətirib çıxardı, büdcəyə nə xeyir vardı? Mən heç cür başa düşmürəm ki, qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq? Dünyada əksinə, bir işləyənə, bir pensiyaçı düşür. Amma pensiya yaşını artırmaqla nə qazandıq ki?!
Nazirdən həmçinin xahişim odur ki, həkim tibbi ekspertizanı ciddi nəzarətə götürsün. Əlillik dərəcəsinin verilməsi ilə bağlı hər gün bizə şikayətlər gəlir. Kefləri necə istəyirsə, elə də əlillik dərəcəsi verirlər”.
Millət vəkili Qüdrət Həsənquliyev isə ölkədə uşaq artımında yaranan problemdən narahatlığını ifadə edib:
“Hadi müəllim özü çıxışında bildirdi ki, uşaq doğumu 174 mindən 103 minə düşüb. Bu, çox narahatedici bir məsələdir. Hesab edirəm ki, bu məsələdəki problemlərin həlli ilə bağlı ciddi addımlar atılmalıdır. Bu məsələni kənara atmaq olmaz”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər