Azərbaycanın millət vəkili Qənirə Paşayeva Ramil Səfərov və xanımı Şəbnəm Səfərova ilə iftar süfrəsində bir araya gəlib.
Oxu.Az xəbər verir ki, deputat bu barədə öz Facebook səhifəsində yazıb və müvafiq fotoşəkli paylaşıb.
“Dəyərli qardaşımız Ramil Səfərov və gözəl xanımı Şəbnəmlə iftar süfrəsində gözəl söhbət də etdik. Dəyərli dostlarıma gözəl qızı ilə hər zaman mutluluq diləyirəm. Allah hər kəsin orucunu və dualarını qəbul etsin!”, - deyə, Q.Paşayeva qeyd edib.
