52 yaşlı ingilis Pamela Yakobs 20 yaşında görünür.
Oxu.Az xəbər verir ki, bu barədə Daily Mail yazıb.
Gənc, qamətli, coşqun və həyatsevər Pamela hamını təəccübləndirir və o, bir çox qadınlar üçün motivasiyadır. Onun artıq 21 yaşında oğlu olduğuna kim inana bilər?
Çox zaman oğlunu onun sevgilisi hesab edirlər. Onun əslində neçə yaşı olduğunu öyrənəndə insanların üzündəki ifadəni görmək əyləncəlidir.