Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat"ı müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Sədr bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatası 2024-cü ilin iş planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti üzrə tədbirlərlə maliyyə hesabatları ilə bağlı 2 milyard 66.2 mln. manat məbləğində təhrifləri aşkar edilib.
Bununla yanaşı, Hesablama Palatası ötən il başa çatdırılmış auditlərdə 155.4 mln. manat həcmində səmərəsiz xərclər müəyyən edib. Qeyd olunub ki, sözügedən vəsaitin 34.7 mln. manatı mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, 29.2 mln. manatı qənaət imkanlarından istifadə edilməmə, 20.2 mln. manatı funksional fəaliyyətə aid olduğu halda üçüncü tərəfə ötürülmə, 71.3 mln. manatı isə digər səmərəsiz istifadə hallarına aid olub.
Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Bircə dənə qız gəlin" istəyənlərin sayı artır - "Qadın peşə"lərində işçi çatışmazlığı olacaq?
- Ülviyyə Qurbanovanın mətbəxdə əməliyyat etdiyi şəxs dünyasını dəyişib
- Səhiyyə Nazirliyi tərəfindən yeni təşəbbüs: Sertifikasiya və peşəkar inkişaf üçün yeni seçim imkanı
- Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə
- Tibb işçilərinin sertifikasiyası: 2024-cü ildə 18 mindən çox mütəxəssis imtahan verib