Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklifini qəbul edib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Milli Şura aprelin 9-na təyin etdiyi mitinqin vaxtını dəyişərək, aprelin 8-də keçirilməsinə qərar verib.
Qeyd edək ki, Milli Şura aprelin 9-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH isə mitinqin aprelin 8-də keçirilməsini məqsədəuyğun hesab edib.
18:10
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 9-da mitinq keçirməsinə razılıq verməyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, BŞİH aksiyanın aprelin 8-də keçirilməsini təklif edib.
Qeyd edək ki, Milli Şura aprelin 9-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.
A.M.