Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusu verilə bilər
Azərbaycanda minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, Vətən müharibəsindən indiyə kimi keçən dörd ildə ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi:
"Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ona görə, biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik".
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB
- Yevlaxda 32 yaşlı kişini güllələyən şəxs ANAMA-nın əməkdaşı olub
- "Improtex Industries"in mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib
- ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
Ən çox oxunanlar