Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mingəçevirdə dərin dərədə köməksiz qalan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Raqif Nofəl oğlu Kərimov dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər.
Rəylər