Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata əsasən, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə dağlıq ərazidə, dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan şəxsi xilas ediblər.
Xilas edilən şəxsin 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu olduğu bildirilib.