44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanı İbrahimov Atiq Ariz oğlunun xatirəsi futbol turnirində anılıb.
Oxu.Az-ın məlumatına görə, Mingəçevir şəhər stadionunda baş tutan görüşdə Region liqasının 1/4 finalı çərçivəsində “Energetik” (Mingəçevir) və “Cəbrayıl” (Cəbrayıl) komandaları qarşılaşıb.
“Energetik” futbolçuları meydana şəhidin üstündə şəkli əks olunan köynəklərdə çıxıblar.
Oyun başlamazdan əvvəl A.İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1:2 hesabı ilə başa çatan oyunda qonaqlar qələbə qazanıblar.
Növbəti qarşılaşma Sumqayıtda olacaq. Turnirin digər görüşlərində “Qusar” səfərdə “Ağsu Siti”ni 3:2, “Xan Lənkəran” “Füzuli”ni 3:1 məğlub edib.