Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mirasla bağlı Mülki Məcəlləyə DƏYİŞİKLİK
İrsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq
Oxu.Az xəbər verir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə görə, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.
Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.
Mərahim Nəsib
"Mülki Məcəllə" teqi üzrə xəbərlər
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısı genişləndirilir
- Üzərinə həbs qoyulmuş əmlaklarla bağlı dəyişiklik TƏSDİQLƏNDİ
- Hava daşımalarında baqaja vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib
- Ali Məhkəmədən kommunal xidmətlərlə əlaqədar yaranan borclarla bağlı mühüm qərar
- Evi, maşını var, ailəsi və övladı yoxdur: Qardaş, bacı uşaqları hansı halda miras ala bilərlər?