Moskva (Vnukovo) - Bakı aviareysi əlverişsiz hava şəraiti səbəbindən yubanır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi saytında məlumat verilir.
“RİA Novosti”nin verdiyi məlumata əsasən isə, Moskvada əlverişsiz hava şəraiti səbəbindən 120 reys yubanır, 7 reys isə təxirə salınıb.
Moskvanın “Vnukovo” hava limanında 1 reys yubanır, 1 reys isə təxirə salınıb, “Domodedovo” hava limanında - 52 reys yubanır, 6 reys təxirə salınıb, “Şeremetyevo” hava limanında - 66 reys yubanır.
Qeyd edək ki, bu gün Moskvada güclü fırtına baş verib. Küləyin sürəti saniyədə 15-20 metrə çatır.
S.B.
www.oxu.az