Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mövsümi istilər koronavirusu yox edəcək? - AÇIQLAMA
“Hazırda şimal yarımkürəsində yay ayları başlayır və hava isinir. Buna baxmayaraq, Azərbaycanda virusun yayılması çoxalır”.
Oxu.Az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O qeyd edib ki, Rusiyada da çox sayda yeni koronavirusa yoluxma aşkarlanıb:
“Koronavirusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümi isti havalar koronavirusu yox etməyə də bilər”.
“Buna görə də insanlar əllərin gigiyenasına, sosial məsafəyə diqqət etməlidir, maska taxmalıdır”, - deyə nümayəndə qeyd edib.
İlhamə Əbülfət
Rəylər