Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MSK DSK-nın qərarını ləğv etdi: “Həmin dairə nəzarətə götürülsün”
Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının (DSK) qərarını ləğv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qurumun katibi Arifə Muxtarova bildirib.
O deyib ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.
R.Abbasov müraciətində bildirib ki, həmin DSK onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib.
A.Muxtarova isə bildirib ki, MSK-nın ekspert qrupu müraciəti araşdırıb.
“Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”, - deyə A.Muxtarova söyləyib.
Müzakirələrdən sonra MSK namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib.
İclasda bildirilib ki, həmin dairə xüsusi nəzarətə götürülsün.
Aqşin Kərimov
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- YAP bələdiyyə seçkisində ödənişsiz təşviqat hüququndan imtina edib
- Məzahir Pənahov: "Çalışmalıyıq ki, seçki ilə bağlı proseslər qanun çərçivəsində davam etsin"
- Bələdiyyə seçkisində qeydə alınan namizədlərin sayı açıqlanıb
- Azərbaycanda seçkiqabağı təşviqat başlayıb
- Bələdiyyə seçkisində "exit-poll" keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Rəylər