Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MTRŞ-da yeni təyinat
Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, MTRŞ-nın yeni aparat rəhbəri Asəf Hacıyev təyin edilib.
Bu barədə şura sədri Nuşirəvan Məhərrəmli müvafiq əmr imzalayıb.
Yeni aparat rəhbəri A.Hacıyev faktı Oxu.Az-a təsdiqləyib. O bildirib ki, bu gündən etibarən vəzifəsinin icrasına başlayıb:
“Bəli, artıq vəzifəmin başındayam. Diqqətiniz üçün təşəkkür edirəm”.
1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olan A.Hacıyev 1974-1984-cü illərdə rayonun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub.
1988-1990-cı illərdə İmişli rayonunun “Bakı” kolxozunda fəhlə kimi çalışıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.
1996-cı ildə Tarix fakültəsinin “Dünya azərbaycanlıları” bölməsinə elmi işçi vəzifəsinə alınan A.Hacıyev Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib.
1998-2007-ci illərdə “Azadinform” İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə “İntellekt” Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə “Xəzər” TV-nin, 2008-ci ildə isə “Xəzər” radiosunun təsisçisi və prezidenti olub.
2010-cu ildə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi“ medalı ilə təltif edilib.
Xatırladaq ki, MTRŞ-nın daha əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov olub. Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncama əsasən, o, Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.
Könül Cəfərli
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
Rəylər