Bu gün bəzi avtomobillərdə sürücü mobil tətbiqlə qapıları aça, avtomobilin yerini müəyyən edə, hətta batareyanın vəziyyətini izləyə bilir.
Oxu.Az xəbər verir ki bu barədə AzTV-nin videomaterialında bildirilib.
Bəzi modellərdə uzaqdan kondisioneri işə salmaq, şarj prosesini izləmək və texniki bildirişlər də almaq mümkündür. Bu funksiyaların işləməsi üçün avtomobil daim müxtəlif məlumatlar ötürür və qəbul edir.
Məhz buna görə məlumatların şifrələnməsi, istifadəçinin kimliyinin yoxlanılması və proqram yenilənmələrinin təhlükəsiz şəkildə quraşdırılması "ağıllı" avtomobillərdə əsas təhlükəsizlik tədbirlərindən hesab olunur.