Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mübariz İbrahimovu təhqir edən Nərmin üzr istədi - VİDEO
Artıq bir neçə gündür Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov barəsində qeyri adekvat fikirlər səsləndirmiş Nərmin Şahmarzadənin adı medianın gündəmindədir.
Oxu.Az-ın xəbərinə görə, bu gün Nərmin Şahmarzadə öz media hesabı vasitəsi ilə canlı yayıma çıxaraq, Mübariz İbrahimovun atasından üzr istəyib.
O ürəyi yaralı bir insana öz fikirlərinin dəyişdirilmiş halda çatdırıldığı üçün üzr istədiyini, Mübarizə “qatil” demədiyini söyləyib:
“Mən heç kimin şərəf və ləyaqətini alçatmamışam. Həmin adam yaralıdır. Çünki o oğul itirib. Ona sənin oğluna “qatil” deyirlər şəklində xəbər çatdırmaq etik deyil. Buna görə Mübarizin atasından üzr istəyirəm. O izlədiyim videoda demişdi ki, uşaqlarınızı sülh və sevgi içində böyüdün . Mən bu fikirlərlə razıyam. Uşaqları belə böyütmək lazımdır. Yenə deyirəm Mübariz İbrahimovla bağlı yazdığım yazıda onu təhqir etməmişəm...
Bir şeyə diqqət etdim ki, bu günə qədər Mübarizlə maraqlanmayanlar bu yazıdan sonra gedib onun evinə baş çəkdilər. Mənim statusum əzilmiş duyğuları oyatdı. Ümid edirəm, bütün şəhid ailələrinə qarşı da belə münasibət yaranar”.
Oxu.Az yeniləndi!
Rəylər