“Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətov dünyasın dəyişib.
Oxu.Az Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov dörd il əvvəl sərxoş vəziyyətdə “Galendawagen” markalı avtomobillə qəza törətmiş, nəticədə, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Sözügedən hadisədən iki gün sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.
Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını üç ilini çəkdikdən sonra azadlığa buraxılmışdı.