Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunan general-polkovnik Z.Həsənov işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.
Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıblar.