Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsində olub.
Oxu.Az ANS PRESS-ə Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Zakir Həsənov hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub. Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqətin daim peşəkarlığın artırılmasına və yüksək səviyyədə saxlanılmasına diqqət yönəldən müdafiə naziri bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim edib.
Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.