Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələrinin cəbhənin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərini atəşə tutması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1978-ci il təvəllüdlü kapitan Cəfərov Elnur Cəfər oğlu doğulduğu Şərur rayonunda dəfn edilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan zabitimiz rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
15:55
Dünən Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan kapitan Elnur Cəfərovun sosial şəbəkədə yeni fotoları yayımlanıb.
Oxu.Az xəbər verir ki, fotoları jurnalist Məhəmmədəli Qəribli paylaşıb.
Qeyd edək ki, şəhid zabitimiz hələ ki, dəfn olunmayıb.