Müdafiə Nazirliyindən erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər barəsində açıqlama verilib.
Oxu.Az xəbər verir ki, Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.
Qeyd edək ki, ötən axşam ermənilər Qazaxın Quşcu Ayrım və Abbasbəyli kəndləri istiqamətində atəşkəsi pozub. Milli Ordunun cavab atəşi ilə düşmən susdurulub.