Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Vakansiya seçimində 1 544 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.
Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
"Müəllimlərin işə qəbulu (MİQ)" teqi üzrə xəbərlər
- "Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır?
- Bu xəbərləri qaçırmayın: 23.09.2024-ün ən mühüm hadisələri
- Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başladı
- Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB
- 287 müəllim MİQ-dən şikayət verib
Rəylər