Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BMT İranda kəskin artan edam sayı ilə bağlı xəbərdarlıq edib
BMT-nin insan haqları üzrə ekspertləri avqust ayında İranda edamların sayının nəzərəçarpacaq dərəcədə artması ilə bağlı xəbərdarlıq edərək, Tehran hökumətindən edama məhkum edilənlərin ölüm hökmlərini dərhal dayandırmağı istəyiblər.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının edam sayı ilə bağlı hazırladığı hesabatda yazılıb ki, iyul ayında İran zindanlarında 45 nəfər, avqustda isə ən azı 93 nəfər dar ağacından asılıb. Eyni zamanda bildirilib ki, bu ilin əvvəlindən asılan məhbusların sayı 400-ü keçib və onlardan 15-i qadındır.
"Biz İranda edamların sayının bu dərəcədə kəskin artmasından narahatıq. Avqust ayında hökumət orqanları tərəfindən yalnız az sayda edam olunanların sayı açıqlanıb. Bu isə hakimiyyətin qeyri-şəffaflığından xəbər verir", - deyə BMT ekspertləri qeyd ediblər.
"İranda edamlar" teqi üzrə xəbərlər
- Borumənd Fondu: "İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib"
- İranda edama məhkum edilmiş məşhur reper azadlığa buraxıldı
- İranda məhbuslar 43 həftədir aclıq aksiyası keçirirlər
- Həbsdə olan güneyli etirazçıya ölüm hökmü verildi
- BMT-nin xüsusi məruzəçisi: "İranda edamların artması məni narahat edir"
Rəylər