Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə iyulun 1-dən başlayan elektron ərizələrin qəbulu dünən saat 18:00-da başa çatıb.
Bu gündən etibarən imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. Bu proses iyulun 19-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə imtahanlara iyulun 21-dən başlanacaq.