Beynəlxalq Qızıl Xaç Komitəsi girovluqda olan şəxslərin ailələrindən müraciətlər alıb və bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Şöbə rəhbəri Şahbaz Quliyevin gözlərinin çıxarılması ilə bağlı yayılan məlumatlara cavab olaraq bildirib ki, BQXK heç bir halda saxlanılan şəxsin durumu barədə mətbuata açıqlama vermir.
Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Eyni zamanda yayılan məlumatlarda girovluqda olan Şahbaz Quliyevin gözlərinin ermənilər tərəfindən çıxarıldığı deyilir.
Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb.