Bir neçə gün əvvəl ermənilər tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarının fotosu üzə çıxıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, kəlbəcərlilərin fotosunu “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli facebook sosial şəbəkəsində paylaşıb. S.Rəhimlinin sözlərinə görə, fotonu o özü, 2011-ci ildə “20 yanvar” metrosunun yaxınlığındakı çayxanada çəkib.
Fotoda soldan - 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərovdur...
