“Park Bulvar” ticarət və əyləncə mərkəzində “Bakı-2015” gənc karikaturaçıların gözü ilə” sərgisi keçirilib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, sərgidə 15 gənc karikaturaçının əsərləri nümayiş olunub. 40-a yaxın əsərdə gənclər Bakıda keçiriləcək birinci Avropa Oyunlarının müxtəlif vasitələrlə təbliğinə töhfələrini veriblər.
İlk Avropa Oyunlarına olan maraq karikaturalarda da öz əksini tapıb.
Gənc rəssamlar bu tədbirlə birinci Avropa Oyunlarının təbliğinə qoşulduqlarını bildiriblər.
