28 avqust saat 15:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 4 vakant yer seçə bilərlər. Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.
Qaynar xətt:
(055) 224 12 12