"Atəşkəs elan olunduqdan sonra atamla danışdım. O, məni təbrik etdi. Həmin an özümü saxlaya bilməyib ağladım".
Bu sözləri Baku TV-yə müsahibəsində Vətən müharibəsinə könüllü yollanan qazi Murad İsmayılzadə söyləyib.
Onun sözlərinə görə, müharibə zamanı dörd dəfə minomyot mərmisinin dalğasına düşüb:
"İki dəfə Füzuli, iki dəfə isə Xocavənd istiqamətində gedən döyüşlərdə minomyot dalğasına düşmüşəm. Bu günə qədər hərbi formamı geyinə bilmirəm, çünki döyüş yoldaşlarımın qanı onun üzərindədir, xatirə kimi saxlayıram".
Daha ətraflı videomaterialda: