“Türkiyə və Azərbaycan arasında müdafiə sanayesi sahəsində və hərbi əməkdaşlıq sahəsində birgə anlaşmalar var”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında jurnalistin ortaq türk ordusunun yaranıb yaranmayacağına dair sualına cavab verərkən deyib.
O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir:
“Türkiyə və Azərbaycan arasında bir çox anlaşmalar edirik. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində edilən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təhsil çalışmaları da daxil olmaqla, bir çox başqa anlaşmlar da var. Lakin bizim təməl devizimiz mərhum Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət şüarıdır. Bu istiqamətdə bir çox danışmalar aparılır”.
Könül Cəfərli