Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mütəxəssis satışdakı suları ifşa etdi: Keyfiyyətlisini necə seçək?
Bir çoxumuz suyu etiket məlumatlarına baxmadan alırıq. Lakin içdiyimiz suyun tərkibinə və keyfiyyət göstəricilərinə mütləq diqqət etməliyik.
Qida mütəxəssisləri bildiriblər ki, satışdakı suların bəzilərinin mənşəyi bəlli deyil, bəzilərində isə kəskin yod çatışmazlığı müşahidə olunur. Tərkibinin minerallarla zənginləşdirilməməsi isə sağlamlığımız üçün ciddi problemdir.
Baku TV-nin əməkdaşının araşdırması zamanı satışda olan bəzi suların etiket məlumatlarında onların tərkibində olan mineralların lazımi səviyyədə olmadığı üzə çıxıb. Qida mütəxəssisi Məhsəti Hüseynova isə mövzu ilə bağlı qeyd edib ki, etiket məlumatlarında pH səviyyəsi mütləq göstərilməlidir:
"İçməli suyun pH səviyyəsi 7-dən 7,8-ə qədər olmalıdır, pH səviyyəsi normadan artıq olan suyu qəbul edərkən ağızda acılıq yaranır".
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında suyun tərkib göstəriciləri yoxlanılır. Lakin satışdakı mənşəyi məlum olmayan sular isə etiketlənmə tələblərinin pozulduğunu göstərir. Sahibkar istehsal etdiyi məhsulun üzərində istehsal tarixi, istifadə müddəti, tərkibi, saxlama şəraiti, istehsalçı məlumatlarını təqdim etməlidir. Qanunsuz hallara görə sahibkar və nəzarətedici qurum birbaşa məsuliyyət daşıyır.