Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində Pirşağıya gedən su xəttində iki həftə öncə yaranmış nasazlıq səbəbindən içməli su əraziyə axıb.
Sakinlərin aidiyyəti qurumlara müraciətindən sonra təmir işləri aparılsa da, qazıntı sahələri açıq saxlanılıb və axan su yağış suları ilə birləşərək ərazidə gölməçələr yaradıb.
Baku TV-nin süjetindən də göründüyü kimi, küçədə əhali sayına uyğun olmayan iki zibil konteynerinin yerləşdirilməsi və onların da ayda cəmi bir neçə dəfə təmizlənməsi ciddi antisanitar şəraitə yol açıb.