Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib.
Oxu.Az-ın Segodnya.co.il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasını yandırdıqları bildirilir. Nəticədə alov həbsxananın bir neçə yaşayış korpusuna yayılıb.
Suriya mənbələrinin bildirdiyinə görə, Suriya Demokratik Qüvvələri (SDQ) buraxıldıqdan sonra Ayn əl-Ərəb həbsxanası əvvəlki işçi heyətinin idarəçiliyində qalıb. Suriyanın Daxili İşlər Nazirliyi hələlik bu obyektin nəzarətini öz üzərinə götürməyib.