Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Muxtar Babayev: "Azərbaycan uşaqlar və gənclər üçün iqlim prosesinə sadiqliyini təsdiq etdi"
"Azərbaycan uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq etdi".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29 Prezidenti Muxtar Babayev deyib.
O, hər kəsi bu çərçivədə fəal olmağa çağırıb:
"Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq".
Qeyd edək ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanla UNICEF arasında bəyannamə imzalanıb.
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- İtaliyalı parlamentarilər: "Xocalı soyqırımı ilə bağlı dezinformasiyalar qəbuledilməzdir"
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
Ən çox oxunanlar